...

Hər iki valideynini itirən şəxslərlə bağlı yeni TƏKLİF

Cəmiyyət Materials 16 Noyabr 2023 15:45 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hər iki valideynini itirən, qalmağa heç bir yeri və kimsəsi olmayanlara növbədənkənar bir otaqlı mənzillə təmin olunması təklif edilib.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı İlham Məmmədov Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxış edib.

Deputat bildirib ki, bu cür şəxslərin sayı ölkədə çox az saydadır: “Rüfət Mehdiyev adlı gənc müharibədə döyüşüb və kimsəsi yoxdur. Həmin şəxsin də bu siyahıda olmasını çox istəyərdim”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti