...

Azərbaycan İlahiyyat İnstitutunda elmi seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 17 Noyabr 2023 19:15 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutunda elmi seminar keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Rəcəb Tayyib Ərdoğan Universitetinin keçmiş rektoru, Yüksek Öğretim Kurulunun (YÖK) üzvü, professor Hüseyn Karaman “Fuat Sezgin və müsəlmanların elmə töhfələri” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət, turizm və təbliğat işləri üzrə müşaviri professor Muhittin Macid və qurumun din işləri üzrə müşaviri İhsan Açık, Aİİ-nin rəhbər heyəti və tələbələri iştirak ediblər.

Aİİ rektoru Aqil Şirinov açılış nitqi ilə çıxış edərək, qonağı ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu diqqətə çatdırıb. Tədbirin əhəmiyyətinə toxunan A.Şirinov bildirib ki, İslam dünyası bugünədək ixtiraları ilə elm dünyasına işıq salmağı bacaran, elm tarixində iz qoyan görkəmli mütəfəkkirlər yetişdirib ki, belə alimlərindən biri də Fuat Sezgindir.

Professor Hüseyn Karaman İslam dininin elmə verdiyi önəmdən söhbət açaraq, müsəlman alimlərinin dünyaya bəxş etdikləri töhfələrdən bəhs edib. Professor Fuat Sezginin həyatı, İslam mədəniyyətinə və dünya elminə mühüm xidmətləri haqqında geniş söhbət açıb.

Hüseyn Karaman qeyd edib ki, İslam elm adamlarının tanınmış simalarından biri olan Fuat Sezginin vəfatından sonra, 2019-cu ildə Türkiyə Respublikasında “Fuat Sezgin İli” elan olunub.

Türkiyənin Azərbaycandakı Səfirliyinin müşavirləri Muhittin Macid və İhsan Açık görkəmli elm xadimi Fuat Sezgin haqqında danışaraq, belə alimlərin İslam mədəniyyətinə böyük töhfələr verdiyini, onların xalqlarımız arasında elm və dostluq körpüsü yaratdığını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti