...

Sabahın hava PROQNOZU

Cəmiyyət Materials 29 Noyabr 2023 12:42 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-11°, gündüz 13-17° olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 40-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5°, gündüz 11-16°, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti