...

Azərbaycanda yeni şəhərciklər tikiləcək

Cəmiyyət Materials 29 Noyabr 2023 15:23 (UTC +04:00)
Azərbaycanda yeni şəhərciklər tikiləcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda hərbi qulluqçular üçün yeni şəhərciklərin tikilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Elçin Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bundan sonrakı mərhələdə hərbi qulluqçular üçün mənzillərin verilməsi, hərbi şəhərciklərin tikilməsi nəzərdə tutulub.

Qeyd edək ki, noyabrın 29-da parlamentdə hərbi qulluqçularla bağlı bir sıra qanunlara edilən dəyişikliklər müzakirə olunub.

Belə ki, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Qanun layihəsində bir sıra dəyişikliklərlə yanaşı, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur.

Qeyd edilən dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur. Belə ki, minimum xidmət müddətinin artırılması ilə yanaşı, həmin dövrə görə qulluq əlavəsi faizinin də 50 faizdən 65 faizə qaldırılması təklif edilir. Qanun layihəsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti