...

İcbari tibbi sığortaya ən çox bu şikayətlərlə müraciət edilib - Sədr AÇIQLADI

Cəmiyyət Materials 14 Dekabr 2023 11:06 (UTC +04:00)
İcbari tibbi sığortaya ən çox bu şikayətlərlə müraciət edilib - Sədr AÇIQLADI
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İcbari tibbi sığortaya ən çox həkim baxışı qəbulu, qidalanma pozuntuları, tənəffüs sistemi xəstəlikləri üzrə müraciət olunub.

Trend xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, dövlət tibb müəssisələrində ən çox ginekoloji, göz, ürək-damar sistemi əməliyyatları aparılıb.

“Azərbaycanda əhalinin 47 %-i icbari tibbi sığortadan yararlanıb.Bu gün bir pasiyentə düşən xidmət sayında 1.5 dəfə artım müşahidə olunub.

Göstəricilər onu deməyə əsas verir ki, ildən-ilə vətəndaşların sığortadan istifadəsi artan xəttlə davam edir. Ötən illə nisbətdə xidmət sayında bu ilin 10 ayı ərzində 30% artım müşahidə olunub. (ambulator tibbi xidmət – 87%, stasionar tibbi xidmət – 13%) 1 pasiyentə düşən xidmət sayında və 1 pasiyentə düşən müraciət sayında müvafiq olaraq 1.5 və 1.1 dəfə artım olub. Cari ildə göstərilən tibbi xidmətlərin 59%-i regionların payına düşüb.

Bu ilin yanvar-oktyabr aylarında 4,5 milyon şəxs icbari tibbi sığorta çərçivəsində tibbi xidmət alıb. Bu o deməkdir ki, ölkə əhalisinin 47%-i icbari tibbi sığortadan yararlanıb. İlin sonuna pasiyent sayının daha da artacağı məlum məsələdir".

Xəbər lenti

Xəbər lenti