...

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin növbədənkənar XXVI Baş Məclisi keçirilib (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 21 Dekabr 2023 14:31 (UTC +04:00)
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin növbədənkənar XXVI Baş Məclisi  keçirilib (FOTO) (YENİLƏNİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin növbədənkənar XXVI Baş Məclisi keçirilib.

Trend xəbər verir ki, iclası giriş sözü ilə açan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov iştirakçıları salamlayıb.

Dövlət himni səsləndirilib və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. İclasın gündəliyi təqdim edilib və gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.

Mandat komissiyasının sədri Şaban Şayev komissiyanın hesabatını təqdim edib və Baş Məclisin nümayəndələrinin yetərsay olduğunu bildirib.

AzQAC-ın İcraçı katibi Ceyhun Mirzəyev AzQAC-ın 2018-2023-cü illər ərzində göstərdiyi fəaliyyətlər, nailiyyətləri barədə hesabat verib. O öz çıxışında, Qarabağ İqtisadi Zonasında AzQAC fəaliyyətlərinin bərpası və “Qayıdış” proqramı çərçivəsindəki fəaliyyətlərindən və quruculuq işləri haqqında danışıb və son olaraq gələcək planlar, təşkilatın uzunmüddətli hədəflərini və istiqamətlərini müəyyən edən, onun missiyasını və vizyonunu dəstəkləyən mühim amilləri vurğulayıb.

Tədbirdə, Bakı Regional Mərkəzinin koordinatoru İbrahimova Rəna, Ağdam rayon bölməsinin sədr müavini Əliyeva Firuzə, Füzuli rayon bölməsinin sədri Sadıqov Ramiq çıxış edərək Baş Məclisin işinə uğurlar arzulayıblar.

AzQAC-ın Vitse-prezidenti Qafar Əsgərzadə öz çıxışında İdarəetmə Şurasının qərarlarının təsdiqi barədə məlumat verib.

Cari məsələlərlə yanaşı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab İlham Əliyevin 7 fevral 2024- cü il tarixdə keçiriləcək növbədənkənar Prezident seçkilərində namizədliyinin dəstəklənməsi barədə Baş Məclisin nümayəndələri tərəfindən yekdikliklə bəyanat qəbul edilib.

Sonda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin himni səsləndirilib və bununla da XXVI növbədənkənar Baş Məclis öz işini bitirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti