...

Dərsdənkənar məşğələlərin məzmununa yeni mövzunun daxil edilməsi təklif edilir

Cəmiyyət Materials 21 Dekabr 2023 15:01 (UTC +04:00)
Dərsdənkənar məşğələlərin məzmununa yeni mövzunun daxil edilməsi təklif edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dərsdənkənar məşğələlərin məzmununa yeni mövzunun daxil edilməsi təklif edilir.

Trend-in məlumatına görə, bunula bağlı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir.

Dəyişikliyə əsasən, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzuların daxil edilməsi təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti