Bakı. Trend:
Vətən müharibəsi zamanı Milli Cəmiyyətin etdiyi yardımlar açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev qurumun növbədənkənar XXVI Baş Məclisində çıxışı zamanı deyib.
“Beynəlxalq Qızıl xaç və Qızıl Aypara Cəmiyyəti tərəfindən 15 160 nəfərə, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 23 min nəfərə, TİKA tərəfindən 53 min nəfərə, ümumilikdə milli cəmiyyət tərəfindən 146 min nəfəri əhatə edən ehtiyaclı qruplara ərzaq dəsti, mətbəx ləvazimatı, qış geyimləri, gigiyenik dəstlər tibbi qoruyucu vasitələr paylanıb",- deyə o bildirib.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin növbədənkənar XXVI Baş Məclisi keçirilir. Tədbirdə 400 nəfərə yaxın qonaq iştirak edir.
İclasın sonunda yekun bəyanat qəbul edilməsi gözlənilir.