Bakı. Trend:
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin(AzQAC) ofislərinin fəaliyyət göstərəcəyi ərazilər açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, işğaldan azad edilən ərazilərdə mövcud infrastruktur dəyərləndirildikdən sonra AzQAC-ın ofisləri Xocalı, Xankəndi, Əsgəranda fəaliyyət göstərəcək.
“Məsələnin dərin müzakirəsi yəqin ki, gələn il olacaq”,- deyə o bildirib.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin növbədənkənar XXVI Baş Məclisi keçirilir. Tədbirdə 400 nəfərə yaxın qonaq iştirak edir.
İclasın sonunda yekun bəyanat qəbul edilməsi gözlənilir.