...

Ağcabədidə yol qəzası baş verib - Xəsarət alan var

Cəmiyyət Materials 22 Yanvar 2024 23:58 (UTC +04:00)
Ağcabədidə yol qəzası baş verib - Xəsarət alan var
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Ağcabədidə qəza zamanı 4 nəfər xəsarət alıb.

Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Poladlı kəndi ərazisində baş verib.

Hərəkətdə olan "VAZ"2106 markalı avtomobil qarşıdan gələn "QAZEL" markalı avtomobillə toqquşub.

Nəticədə hər iki avtomobildəki sərnişin olmaqla 1979-cu il təvəllüdlü Quliyeva Yasəmən Məmməd qızı, 1998-ci il təvəllüdlü Ələsgərova Rəqsanə Natiq qizi, 1982-ci il təvəllüdlü Nayibov Kənan Əvəz oğlu və
Nəcəfov Rəvan Gülşad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti