...

Məntəqələrdə seçici izdihamı (FOTO/VİDEO)

Cəmiyyət Materials 7 Fevral 2024 08:29 (UTC +04:00)
Məntəqələrdə seçici izdihamı (FOTO/VİDEO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Ölkəmizdə növbədənkənar prezident seçkiləri artıq başlayıb. Bu seçkilər müasir Azərbaycan tarixində xüsusi əlamətdar hadisə hesab edilir. Növbədənkənar prezident seçkilərinin Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizin ərazi bütövlüyünün təminatı suverenliyimizin bərpası fonunda keçirilməsi böyük tarixi önəm kəsb edir.

Məhz bu növbədənkənar prezident seçkiləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bütöv və suveren Azərbaycanda ilk dəfə baş tutur.

Tarixi qərar ölkəmizin ictimai-siyasi tarixində yeni bir mərhələnin başlanğıcı olmaqla yanaşı Zəfər platformasında baş tutan növbədənkənar prezident seçkilərinin böyük çoşqu və ruh yüksəkliyi şəraitində keçirildiyi 7 saylı dairə seçki komissiyasının 10 saylı seçki məntəqəsindən (132-134 saylı məktəb) Trend-in kamerasına tuş gələn kadrlardan da aydın görünür.

Həmin fotoları təqdim edirik:

Xəbər lenti

Xəbər lenti