...

Ermənilər Qarabağda ekoloji fəlakətə səbəb olublar - Bəşir Hacıyev

Cəmiyyət Materials 21 Fevral 2024 12:12 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İşğal illərində Qarabağda olan infrastruktur düşmən vandallığı ilə dağıdılıb, ən çox da ekologiyaya ziyan vurulub.

Trend xəbər verir ki, bu barədəAzərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonunun işğaldan azad edilmiş ərazilərində (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev “Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması” mövzusunda konfrasda çıxışı zamanı deyib.

“Qarabağ zəngin yeraltı su ehtiyatlarına malik bölgəmizdir. Su anbarlarının, demək olar, hamısı qəzalı vəziyyətdə idi. Düşmən su anbarlarına, bulaqlara ziyan vurub, nəticədə bölgədə ekoloji fəlakətə səbəb olublar”,- deyə B.Hacıyev əlavə edib.

O həmçinin bildirib ki, Azərbaycan Qarabağın gələcəyini təmin etmək üçün misilsiz işlər görür.

“Erməni vandalizminə məruz qalan şəhər, kənd, qəsəbələrimiz müasir üslubda bərpa edilir. Ağdamda hazırda 3 kəndin inşası gedir. Cari ilin sonuna qədər işlərin birinci mərhələsinin yekunlaşacaq. 2025-ci ildə oraya əhalinin köçürülməsi nəzərdə tutulub”,- deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti