Bakı Trend:
Ötən il qeyri-çimərlik ərazilərdə suda batmış 65 nəfərin metiyi tapılıb.
Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında qeyd edilib.
Qeyd edilib ki, keçən il dalğıc- xilasedicilər tərəfindən nəzarət olunan çimərlik ərazidə 110 nəfər, nəzarət olunmayan qeyri-çimərlik ərazilərində 100 nəfər xilas edilib.
Hesabata əsasən, nəzarət olmayan qeyri-çimərlik ərazilərdə suda isə batmış 65 nəfərin cəsədi tapılaraq aidiyyatı üzrə təhvil verilib.