...

İctimai nəqliyyatda cibgirlik edənlər saxlanılıblar (VİDEO)

Cəmiyyət Materials 2 Aprel 2024 15:00 (UTC +04:00)
İctimai nəqliyyatda cibgirlik edənlər saxlanılıblar (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Sabunçu, Suraxanı və digər rayonlarında polisin keçirdiyi tədbirlərlə ictimai nəqliyyatda cibgirlik edən əvvəllər məhkum olunmuş Emil Məmmədov və Rövşən İsmayılov saxlanılıblar.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu şəxslərin avtobuslarda sərnişinlərin pul, mobil telefon və digər qiymətli əşyalarını taladıqları müəyyən edilib.

Saxlanılanların avtobuslarda törətdikləri hadisələrin bir neçəsi müşahidə kameraları vasitəsi ilə də qeydə alınıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

E.Məmmədov və R.İsmayılovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti