...

“Nargis” Fondunun təşkilatçılığı ilə Lənkəran şəhərində iftar çadırları qurulub (FOTO/VİDEO)

Cəmiyyət Materials 17 Aprel 2024 15:24 (UTC +04:00)
“Nargis” Fondunun təşkilatçılığı ilə Lənkəran şəhərində iftar çadırları qurulub (FOTO/VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Müqəddəs Ramazan ayı ilə əlaqədar olaraq “Nargis” Fondu tərəfindən Lənkəran şəhərində iftar çadırları qurulub.

2-4 aprel tarixlərində davam edən iftar süfrələrində Lənkəran və ətraf qəsəbələrin sakinləri müxtəlif təamlardan dadıblar. Üç gün ərzində hər gün qonaqlara duru xörək, aş qara, dovğa, təzə meyvə və tərəvəzlər, sərinləşdirici içkilər, samovar çayı, qoğal, badambura, çərəzlər, kətədən ibarət yüksəkkeyfiyyətli iftar menyusu təqdim edilib.
Fondun həyata keçirdiyi aksiya müddətində yüzlərlə insan iftar süfrəsinin qonağı olub.

Qeyd edək ki, “Nargis” Fondu tərəfindən “İftar çadırları” layihəsi 2019-cu ildən etibarən Ramazan ayında keçirilir. Layihə çərçivəsində insanların rahatlığı üçün xüsusi hazırlanmış beş ədəd Şərq üslubunda çadırda qonaqlar bir araya gələrək iftar sevincini birlikdə paylaşırlar.

Builki layihə “R Group Holding”, “Coca-Cola”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, “Unibank” və şəxsən Natiq Heydərovun sponsorluğu, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Dövlət Reklam Agentliyinin təşkilati dəstəyi ilə həyata keçirildi.

Xəbər lenti

Xəbər lenti