...

Bakıda keçirilən Avropa kuboku genişmiqyaslı yarışdır - Kiprdən olan gimnast

İdman Materials 5 May 2024 22:30 (UTC +04:00)
Bakıda keçirilən Avropa kuboku genişmiqyaslı yarışdır - Kiprdən olan gimnast
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bədii gimnastika üzrə Avropa kuboku genişmiqyaslı yarışdır, çox xoşuma gəldi. Ümid edirəm ki, belə yarışlar çox olacaq.

Bu barədə Trend-ə Bakıda bədii gimnastika üzrə Avropa kubokunun mükafatçısı, qadın gimnast Vera Tuqolukova (Kipr) deyib. Bakıda keçirilən yarışlarda Vera Tuqolukova lentlə proqramda gümüş, o cümlədən halqa və gürzlə hərəkətlərdə iki bürünc medal qazanıb.

"Yarışlar kifayət qədər yaxşı keçdi, lakin səhvlərə yol verildi, ona görə də görüləsi işlər var. Ümid edirəm ki, Avropa çempionatına qədər hər şeyi düzəldəcəm. Bakıda keçirilən Avropa kubokunda çox güclü idmançılar iştirak edirdilər, mən onları özümə nümunə götürürəm", - deyə gimnast qeyd edib.

İdmançı ötən il Bakıda bədii gimnastika üzrə beynəlxalq “AGF Trophy” turnirində iştirak etdiyini bildirib.

"Bakı mənim sevimli şəhərlərimdən biridir, çünki burada yarışlar həmişə yüksək səviyyədə keçirilir, təşkilatçılıq qüsursuzdur", - deyə o əlavə edib.

Qeyd edək ki, mayın 3-5-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Avropa kuboku keçirilib. Yarışda 37 ölkədən nümayəndə iştirak edib. Gimnastlar iki yaş kateqoriyasında - “böyüklər” (fərdi proqram və qrup hərəkətləri) və “gənclər” (fərdi proqram) üzrə çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti