...

Baş konsulluğun təşkilatçılığı ilə Rusiyanın Sankt-Peterburq şəhərində 28 May - Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbir keçirilib

Cəmiyyət Materials 27 May 2024 10:22 (UTC +04:00)
Baş konsulluğun təşkilatçılığı ilə Rusiyanın Sankt-Peterburq şəhərində 28 May - Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbir keçirilib

Bakı. Trend:

25 may tarixində 28 May - Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə fəxri qonaq qismində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rauf Əliyev, Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, Xarici Əlaqələr Komitəsinin sədri Yevgeniy Qriqoryev, Qanunvericilik Məclisinin deputatı Andrey Aleskerov, MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibinin müavini, Milli Məclisin Rusiyadakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, RF Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbəri, politoloq - Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov iştirak ediblər.

Eyni zamanda, tədbirdə Bolqarıstan, Yunanıstan, Qazaxıstan, Özbəkistan, Çin, Tacikistan, İsrail, Türkiyə, Macarıstan, Yaponiya, İsveçrə, İspaniya, AImaniya və Belarusun Sankt-Peterburqda akkreditə olunan Baş konsulluqların rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri, mədəniyyət xadimləri, Sankt-Peterburq Universitetlərinin rektorları və professor heyəti, Azərbaycan diasporunun rəhbərləri və fəalları iştirak ediblər.
Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səslənib. Baş konsul Sultan Qasımov qonaqları salamlayaraq, dövlət bayramı münasibəti ilə keçirilən tədbirə gəldiklərinə görə qonaqlara təşəkkürünü bildirib.

Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin uğurlu həyat yolu və müstəqil Azərbaycan mövzusundan danışaraq bildirmişdir ki; Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə Azərbaycana rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə,tətbiqinə və araşdırılmasına hələ uzun illər böyük ehtiyac olacaqdır. Ulu Öndər Heydər Əliyevin müdrik dövlətçilik fəaliyyətinə xalqımız tərəfindən verilən yüksək qiymətin nəticəsidir ki, 1969-cu ildən başlayaraq 2003-cü ilə qədər davam edən zaman kəsiyi “Heydər Əliyev dövrü” kimi səciyyələndirilir. Ulu Öndər Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü məhz müstəqillik günü kimi dəyərləndirib və bunu obyektiv olaraq əsaslandırıb: “1918-ci ildə Azərbaycan xalqı müdrik oğullarının fəaliyyəti nəticəsində öz müstəqilliyinə nail ola bildi və Xalq Cümhuriyyəti yarandı. Bununla da Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı. Xalq Cümhuriyyəti qısa, yəni 23 aylıq fəaliyyəti dövründə çox işlər gördü. Bu işlərin ən mühümü isə Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarının qurulması oldu.

İlk Azərbaycan dövlətinin, hökumətinin təsisatları məhz həmin dövrdə yarandı”. Dünyada nüfuzlu siyasi xadim kimi tanınmış Ümummilli Lider Heydər Əliyev Sovetlər Birliyi kimi nəhəng bir dövlətin rəhbərlərindən biri olmaqla öz fitri istedadı, şəxsi nüfuzu ilə hər zaman fərqləndiyini bildirərək 28 May - Müstəqillik Günü ilə bağlı təbriklərini tədbir iştirakçılarına çatdırdı.

Çıxışı zamanı Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Rusiya-Azərbaycan dövlətləri arasında olan dostluq, qardaşlıq münasibətlərini yüksək qiymətləndirərək ölkələrimizin bir-birinə olan etimadını qeyd etdi və 28 May – Müstəqillik Günü münasibətilə öz təbriklərini çatdırdı.

Sankt-Peterburqun Qanunvericilik Məclisinin deputatı Andrey Aleskerovda çıxış edərək öz təbriklərini və ölkələrimiz arasında olan münasibətləri yüksək qiymətləndirdi.

Tədbirin davamında Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və Sankt-Peterburq Qanunvericilik Məclisi sədri Aleksandr Belskinin adından 28 May - Müstəqillik Günü münasibətilə ünvanlanmış təbrik məktubları oxunularaq Baş konsul Sultan Qasımova təqdim edildi.

Xəbər lenti

Xəbər lenti