...

Qazaxın azad edilmiş kəndində minatəmizləmə (FOTO)

Cəmiyyət Materials 28 May 2024 16:48 (UTC +04:00)
Qazaxın azad edilmiş kəndində minatəmizləmə (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Qazax. Trend:

Xəbər verdiyimiz kimi, Qazaxın işğaldan azad olunmuş kəndlərinə mediatur təşkil olunub.

Trend-in Qazaxa ezam olunmuş əməkdaşı xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı baş tutan səfər çərçivəsində media nümayəndələri rayonun Bağanıs Ayrım kəndində minatəmizləmə işləri ilə tanış olublar.

Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

FOTO: Zaur Mustafayev

Xəbər lenti

Xəbər lenti