...

Bakının bu 4 rayonunun sakinlərinin NƏZƏRİNƏ

Cəmiyyət Materials 31 May 2024 09:28 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 10:00-dan Bakı şəhərinin Sabunçu, Suraxanı, Xətai və Xəzər rayonlarında aparılacaq təmir-bərpa işləri ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Trend xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Maştağa qəsəbəsinin (bir hissəsi), Suraxanı rayonu üzrə Yeni Suraxanı qəsəbəsinin (tam olaraq) və Əmircan qəsəbəsinin Həmid Axundlu ilə Vaqif küçələrinin, Xətai rayonu üzrə Xudu Məmmədov, Cavanşir, Məhəmməd Hadi küçələrinin, Xəzər rayonu üzrə Müslüm Maqomayev, Firdovsi küçələrinin, Xəzər rayonu üzrə isə Bolluq yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti

Xəbər lenti