...

Qarabağ Universitetinin Beynəlxalq dil mərkəzinə direktor seçilib

Cəmiyyət Materials 28 İyun 2024 13:33 (UTC +04:00)
Qarabağ Universitetinin Beynəlxalq dil mərkəzinə direktor seçilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ Universitetinin Beynəlxalq dil mərkəzinə direktor seçilib.

Trend xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Ramil Hacıyev Beynəlxalq dil mərkəzinə direktor təyin olunub.

Ramil Hacıyev Türkiyənin 19 Mayıs Universitetində "İngilis dili müəllimliyi" ixtisası üzrə bakalavr, "Xarici dilin tədrisi metodologiyası" ixtisaslaşması üzrə isə magistratura təhsilini tamamlayıb. Hazırda təhsilini doktorantura səviyyəsində davam etdirir.

R.Hacıyev "British School", SABAH qrupları və Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbində müxtəlif proqramlar üzrə dərsləri tədris edib. Həmçinin müxtəlif universitetlərin ingilis dili proqramlarında müəllim, direktor müavini və direktor vəzifələrində çalışıb. O, London Biznes Mərkəzi, Arizona Dövlət Universiteti, Oksford Kolleci və digər nüfuzlu təhsil müəssisələrində təşkil olunmuş təlimlərdə və ixtisasartırma proqramlarında iştirak edib.

Xəbər lenti

Xəbər lenti