...

İsmayıllı-Lahıc avtomobil yolu qaya parçaları və daşlardan təmizlənir

Cəmiyyət Materials 28 İyun 2024 15:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün iri qaya parçalarının İsmayıllı-Lahıc avtomobil yolunun hərəkət hissəsinə tökülməsi səbəbindən hər iki istiqamətdə bağlanan yolu açmaq hələlik mümkün olmayıb.

Trend xəbər verir ki, hadisədən sonra əraziyə ağır texnika və canlı qüvvə cəlb edilib.

İri qaya parçalarının və daşların yoldan təmizlənməsi işləri davam edir.

Ötən gündən etibarən Lahıc qəsəbəsi də daxil olmaqla, İsmayıllının bir neçə kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Uçqun zamanı ərazidən keçən elektrik dirəkləri və naqilləri də zədələnib, qəsəbə və ətraf kəndlər işıqsız qalıb.

Hazırda yolların təmizlənməsi, elektirik enerjisinin bərpa olunması üçün ərazidə iş görülür.

Xəbər lenti

Xəbər lenti