...

Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA

Cəmiyyət Materials 25 Avqust 2024 15:54 (UTC +04:00)
Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Yağıntının miqdarı Balakəndə 3 mm, Zaqatalada 2 mm, Şahdağ, Tovuz, Şəkidə 1 mm-dək olub.

Göygöldə duman müşahidə olunub.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Culfada 22 m/s-dək güclənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti