Bakı. Trend:
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 noyabr tarixli 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işləri həyata keçirilir .
Elm və Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Ağdam şəhər 1 nömrəli tam orta məktəb üçün 960 şagird yerlik binanın tikintisi davam edir. İyul ayı ərzində nəzərdə tutulan işlər (təxminən ümumi işin 2%-i) görülmüşdür. İşlərin 92%-i yerinə yetirilmişdir. Cari ildə istifadəyə verilməsi nəzərdə tutulub.
Cəbrayıl şəhər Mehdi Mehdizadə adına tam orta məktəb üçün 960 şagird yerlik binanın tikintisi davam edir. İyul ayı ərzində nəzərdə tutulan işlər (təxminən ümumi işin 3%-i) görülmüşdür. İşlərin 83%-i yerinə yetirilmişdir. Cari ildə istifadəyə verilməsi nəzərdə tutulub.
Kəlbəcər şəhər tam orta məktəb üçün 960 şagird yerlik binanın tikintisi davam edir. İyul ayı ərzində nəzərdə tutulan işlər (təxminən ümumi işin 2%-i) görülmüşdür. İşlərin 62%-i yerinə yetirilmişdir. Daxili divarlarda malyar işləri, hasarlanma, elektrik və kanalizasiya xətlərinin çəkilməsi işləri davam edir. Cari ildə köç olduğu təqdirdə tədrisin təşkili üçün şərait yaradılması nəzərdə tutulmuşdur.
Xocalı şəhər tam orta məktəb üçün 132 şagird yerlik binada cari təmir işləri 100% tamamlanmışdır. İyul ayı ərzində nəzərdə tutulan işlər yekunlaşmışdır. Cari ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Xankəndi şəhər Kərkicahan qəsəbə tam orta məktəbi üçün 624 şagird yerlik binada cari təmir işləri aparılır. İyul ayı ərzində nəzərdə tutulan işlər (təxminən ümumi işin 45%-i) görülmüşdür. İşlərin 70%-i yerinə yetirilmişdir. Daxildə kafel-metlax, bəzək işləri, taxta döşəmənin cilalanması, elektrik və santexnik işləri görülür. Cari ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Əlavə olaraq, Xankəndi şəhərində ümumi təhsil müəssisəsində təmir-tikinti işləri aparılaraq cari ildə istifadəyə verilməsi nəzərdə tutulub.
- 2024-cü ildə istifadəyə veriləcək uşaq bağçası sayı – 5
Xocalı şəhər körpələr evi-uşaq bağçası üçün 30 yerlik binada təmir-tikinti işləri 100% tamamlanıb. İyul ayı ərzində nəzərdə tutulan işlər yekunlaşıb. Cari ildə istifadəyə verilməsi nəzərdə tutulub.
Ağdam şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası üçün 160 yerlik binanın tikintisinə başlanılıb. İyul ayı ərzində nəzərdə tutulan işlər görülüb. İşlərin 50%-i yerinə yetirilmişdir. Cari ildə istifadəyə verilməsi nəzərdə tutulub.
Xankəndi şəhəri Kərkicahan qəsəbə körpələr evi-uşaq bağçası üçün 30 yerlik binada cari təmir işləri aparılır. İyul ayı ərzində nəzərdə tutulan işlər (təxminən ümumi işin 55%-i) görülür. İşlərin 80%-i yerinə yetirilib. Fasadın suvaq və boya işləri davam edir. Giriş hissəsədə dəmir-beton konstruksiyanın yığılması işləri aparılır. Cari ildə istifadəyə verilməsi nəzərdə tutulub.
Füzuli şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası üçün 240 yerlik binanın təmir-tikinti işlərinə başlanılıb. İyul ayı ərzində nəzərdə tutulan işlər görülüb. İşlərin 10%-i yerinə yetirilib. Cari ildə istifadəyə verilməsi nəzərdə tutulub.
Xankəndi şəhərində 80 yerlik körpələr evi-uşaq bağçası üçün binada təmir-tikinti işləri aparılaraq cari ildə istifadəyə verilməsi nəzərdə tutulub.
- 2024-cü ildə tikintisi davam edən məktəb sayı – 2
Şuşa Real Məktəbinin bərpasına başlanmışdır. Hesabat dövründə layihələndirmədə edilən düzəlişlər səbəbindən işlərdə müəyyən gecikmələr yaşanıb. İşlərin 7%-i yerinə yetirilib. Cari ildə təmir-tikinti işləri davam etdiriləcəkdir.
Zəngilan şəhər tam orta məktəb üçün 960 şagird yerlik binanın tikintisi davam edir. İyul ayı ərzində nəzərdə tutulan işlər (təxminən ümumi işin 5%-i) görülüb. İşlərin 50%-i yerinə yetirilib. Cari ildə təmir-tikinti işləri davam etdiriləcəkdir.
- 2024-cü ildə tikintisi davam edən uşaq bağçası sayı – 2
Ağdam şəhər 160 yerlik 2 nömrəli körpələr evi- uşaq bağçasının tikintisi üçün iyul ayında layihə-smeta sənədlərinin hazırlanması prosesi davam edir. Cari ildə tikinti işlərinə başlanması və 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.
Zəngilan şəhər körpələr evi-uşaq bağçası üçün 160 yerlik binanın layihə-smeta sənədləri iyul ayında aparılmış işlər nəticəsində yekunlaşmaq üzrədir. Cari ildə tikinti işlərinə başlanması və 2025-ci ilin may ayında tikinti işlərinin başa çatdırılması nəzərdə tutulub.
- 2024-cü ildə tikintisi davam edən peşə təhsili müəssisəsi sayı – 1
Füzuli Peşə Liseyinin tikintisinə başlanıb. İyul ayında bünövrə çalasında kipləşdirilmə işləri aparılmış, test olunacaqdır. İşlərin 7%-i (iyul ayı üzrə təxminən ümumi işin 2%-i) yerinə yetirilib. Cari ildə tikinti işləri davam etdiriləcəkdir.
- 2024-cü ildə layihə-smeta sənədləri hazırlanan və tikintisinə başlanacaq məktəb sayı – 8
Adları aşağıda göstərilən təhsil müəssisələrinin tikintisi üçün layihə-smeta sənədləri cari ilin iyul ayında plana uyğun hazırlanır və tikinti işlərinə başlanması nəzərdə tutulub:
Qubadlı şəhər tam orta məktəb üçün 600 şagird yerlik;
Ağdam şəhər 2 nömrəli tam orta məktəb üçün 960 şagird yerlik;
Laçın şəhər 1 nömrəli tam orta məktəb üçün 400 şagird yerlik;
Xocalı rayonu Malıbəyli kənd tam orta məktəb üçün 432 şagird yerlik;
Xocavənd rayonu Hadrut qəsəbə tam orta məktəbi üçün 360 şagird yerlik;
Ağdərə rayonu Umudlu kənd tam orta məktəbi üçün 264 şagird yerlik.
Şuşa Turşsu qəsəbəsi tam orta məktəb
Xocavənd şəhər tam orta məktəb (təmir və təchizat işləri)
- 2024-cü ildə layihə-smeta sənədləri hazırlanan və tikintisinə başlanacaq peşə təhsili müəssisəsi sayı – 4
Adları aşağıda göstərilən təhsil müəssisələrinin tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması cari ilin iyul ayında plana uyğun davam edir:
Ağdam Peşə Təhsili Mərkəzi;
Zəngilan Peşə Təhsili Mərkəzi;
Qubadlı Peşə Təhsili Mərkəzi;
Şuşa şəhər Peşə Təhsili Mərkəzi;
- 2024-cü ildə layihə-smeta sənədləri hazırlanan və tikintisinə başlanacaq kollec sayı – 1
Adları aşağıda göstərilən təhsil müəssisələrinin tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması cari ilin iyul ayında plana uyğun davam edir:
Şuşa şəhər Kolleci;
- 2024-cü ildə tikinti üçün torpaq sahəsinin ayrılması ilə bağlı müraciət olunmuş və layihələndirmə işlərinə başlanacaq uşaq bağçası sayı – 3
Adları aşağıda göstərilən təhsil müəssisələrinin tikintisi üçün torpaq sahələrinin ayrılması ilə bağlı müraciət olunmuşdur. Cari ilin iyul ayında layihələndirmə işlərinə başlanması üçün hazırlıq işləri görülmüşdür.
Cəbrayıl şəhər körpələr evi-uşaq bağçasının tikintisi (Yeni tikili binanın alt mərtəbəsi ayrılmışdır.);
Kəlbəcər şəhər körpələr evi- uşaq bağçasının tikintisi;
Laçın şəhər körpələr evi-uşaq bağçasının tikintisi.