Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət və digər xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Qaradağ-Buduq, kəndində səyyar qəbul keçirib.
Trend xəbər verir ki, qəbulda Hülövlü İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Qaradağ-Buduq, Hülövlü, Bəyqışlaq, Canaxır, Qaradağlı, Qobuqıraq, Mehrəliqışlaq, Mürsəliqışlaq, Rəhimoba və Ustacəlilli kəndlərinin sakinləri iştirak edib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli ilə bağlı görülən işlərə görə təşəkkürlərini ifadə ediblər. Həmçinin, bir neçə sosial məsələni, o cümlədən, məktəb binalarının mövcud vəziyyətini gündəmə gətiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.