Bakı. Trend:
Bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib.
Trend xəbər verir ki, iclasda “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanununun layihəsi (birinci oxunuş) müzakirə edilib.
Komitə sədri Əhliman Əmiraslanov bildirib ki, dəyişikliklər
əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından
qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə
sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəmin
yaradacaq.
İclasda Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin
müdiri Adil Vəliyev qanun layihəsi barədə ətraflı məlumat verib. O
bildirib ki, layihədə vətəndaşlara göstərilən tibbi xidmətlərin
təkmilləşdirilməsi və keyfiyyətin yüksəldilməsi, həmçinin əhalinin
dərman vasitələrini qiymət dəyişmələrinə qarşı həssaslığının və
dərman vasitələri üzrə xərclərinin minimuma endirilməsi məqsədilə
bir sıra mühüm və mütərəqqi addımların atılması nəzərdə tutulub.
Qeyd olunub ki, qanun layihəsinin qəbulu icbari tibbi sığortanın
əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi
xidmətlərin göstərilməsini təmin edəcəkdir.