Bakı. Trend:
Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusunu alacaq.
Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov keçirdiyi brifinqdə bildirib.
"Humanitar məsələlər bloku çərçivəsində Moskva sammitində MDB liderləri Laçın şəhərinə (Azərbaycan), 2026-cı ildə Mehri şəhəri (Ermənistan) və 2027-ci ildə Molodeçno şəhərinin (Belarus) mədəniyyət paytaxtı statusunun verilməsi haqqında qərar layihələrinə baxacaqlar", - Yuri Uşakov əlavə edib.
Qeyd edək ki, 2024-cü ildə Özbəkistanın Səmərqənd şəhəri MDB-nin mədəniyyət paytaxtı statusuna layiq görülüb.