Bakı.Trend
Azərbaycanda aşpazlıq ixtisası üzrə ali təhsil müəssisələrində fakültə yaradılmasını planlaşdırılır.
Trend xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm Peşə Məktəbinin və “CASA Baku” Kulinariya Məktəbinin Aşpazlıq ixtisası üzrə ilk pilot qrupunun tələbələrinin məzun günündə Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova deyib.
O qeyd edib ki, ali təhsil müəssisələrin aşpazlıq ixtisası üzrə fakültələrin yaradılması üçün hazırda işlər aparılır.
Qeyd edək ki, oktyabrın 14-də Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm Peşə Məktəbinin və “CASA Baku” Kulinariya Məktəbinin Aşpazlıq ixtisası üzrə ilk pilot qrupunun tələbələrinin Məzun günü keçirilib.
“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda baş tutan mərasimdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı Turizm Peşə Məktəbi və “CASA Baku” Kulinariya Məktəbinin nümayəndələri iştirak ediblər.