...

Bakıda və bəzi bölgələrdə yağış yağır - FAKTİKİ HAVA (YENİLƏNİB)

Cəmiyyət Materials 3 Noyabr 2024 20:28 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 03-ü saat 20:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, hazırda Bakıda və Abşeron yarımadasında, Naxcıvan, Şabran, Quba, Qusar, Xaçmazda arabir yağış yağır.

Trend xəbər verir ki, narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 28 m/s, sarı xəbərdarlıga uygun olaraq isə Neftçalada 20 m/s, Naftalan və Ağdamda 18 m/s, Göyçay, Mingəcevir və Bərdədə 16 m/s, Xaçmazda 15 m/s təşkil edir.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrdir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti noyabrın 04-ü səhər saatlarından tədricən səngiyəcək. Lakin qısa fasilədən sonra 4-ü axşam və 5-də küləyin yenidən güclənəcəyi gözlənilir.

Yagıntılı hava şəraiti isə noyabırın 04-ü günün ikinci yarısından tədricən kəsiləcək.

xxx

17:01

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 03-ü saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi güclənib.

Trend xəbər verir ki, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında və Tərtərdə 20 m/s, Göyçayda 16 m/s, Xaçmazda 15 m/s-yə çatır.

Noyabrın 04-ü səhər saatlarından külək tədricən səngiyəcək. Lakin 04-ü gecəyə doğru və 05-də küləyin yenidən güclənəcəyi gözlənilir.

xxx

12:56

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 03-ü saat 12:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi qərb rayonlarından başlayaraq şimal-qərb küləyi arabir güclənib.

Trend xəbər verir ki, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Goranboyda 19 m/s, Bərdə, Naftalan, Ağdamda 18 m/s, İsmayıllı, Qobustan, Tərtər, Mingəçevirdə 16 m/s təşkil edir.

Bakıda və Abşeron yarımadasında günün ikinci yarısından şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Noyabrın 04-ü səhər saatlarından ölkə ərazisində külək tədricən səngiyəcək. Lakin 04-ü gecəyə doğru və 05-də küləyin yenidən güclənəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti