Şuşa. Trend:
Bildiyiniz kimi 2024-cü ildə Şuşa şəhəri İslam Əməkdaşlıq Təşkilatı tərəfindən islam dünyasının gənclər paytaxtı seçildi. Bu cür tədbirlərdə islam dünyasından olan aktiv, fəal gənclərin Şuşa şəhərində birləşməsi bizim üçün həqiqətən də çox strateji fayda qazandırır.
Bu sözləri Trend-ə Gənclər və İdman Nazirliyi Gənclərlə İş şöbəsinin müdiri Ramil Cabbarov deyib.
O bildirib ki, Gənclər və İdman Nazirliyi belə tədbirlər nəticəsində müxtəlif istiqamətdə gəncləri bir yerə toplayır.
"Yaradıcı sənayədə çalışan, kreativ sənayedə olan gənclər, alimlər, QHT-lərin nümayəndələri islam dünyasından Şuşaya toplaşıblar.
Qeyd etmək istəyirəm ki, artıq bağlanış mərasimi baş tutacaq. Bütün islam ölkələrindən gələn gənclər məhz bağlanış öncəsi tədbirlərdə iştirak edərək məhsullarını yaradacaqlar. Burada yaradıcı marafon keçirilir, Azərbaycan milli adət-ənənələri barəsində müxtəlif vörkşoplar keçirilir. İslam dünyasına məhz Azərbaycan gəncləri tərəfindən, azərbaycanlı mütəxəssislər tərəfindən mesajlar ötürülür. Bu bir il ərzində islam dünyasının gənclərini Şuşada toplamaq yeni əməkdaşlıqlarının başlanması üçün ciddi təkan oldu",- deyə o əlavə edib.