Şuşa. Trend:
57 ölkəni bir yerə yığmaq heç asan iş deyildi.
Trend xəbər verir ki, bunu pakistanlı nümayəndə Komal Sohaib "Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramının bağlanış mərasimində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu tədbir gənclərin düzgün istiqamətdə inkişafı üçün atılan ən böyük addımlardan biridir:
"Bu böyük tədbirdə olmaq mənim üçün fəxr hissidir. 57 ölkəni bir yerə yığmaq heç asan bir iş deyil. Azərbaycan bunu etdi. Burada öyrəndiklərimizi öz ölkəmizdə bölüşüb gənclərə dəstək ola bilərik".
Təmsilçi Şuşa şəhəri haqqında da fikirlərini bölüşüb:
"Şuşanı Azərbaycanın mirvarisi adlandırardım".
Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında Qarabağın incisi Şuşa şəhəri 2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı” elan olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev 2024-cü il aprelin 17-də “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı sərəncam imzalayıb.