...

“Yüksəliş” kvizi - qış mövsümü: Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib

Cəmiyyət Materials 7 Dekabr 2024 16:30 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Yüksəliş" müsabiqəsi çərçivəsində keçirilən yarış müsabiqənin qaliblər, finalçılar və yarımfinalçıları arasında baş tutub.

Trend xəbər verir ki, tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Məlumata görə, açılışda Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və onunla bağlı qısa videoçarx nümayiş olunub. Daha sonra yarışın aparıcısı, birinci "Yüksəliş" müsabiqəsinin qalibi Orxan Quliyev qonaqları salamlayaraq iştirakçılara uğurlar arzulayıb.

Qeyd edək ki, intellektual kviz müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunub.

Müsabiqədə 43 komanda tərkibində ümumilikdə 252 iştirakçı mübarizə aparıb. Gərgin və maraqlı mübarizənin nəticəsində birinci yerə “” komandası layiq görülüb. İkinci yerin qalibi “”, üçüncü yerin sahibi isə “1-ci yer “White Walkers”, 2-ci yer “NeveRest”, 3-cü yer “Se7en”” komandaları olub.

“Yüksəliş” müsabiqəsi artıq dördüncü dəfədir ki, qaliblər, finalçılar və yarımfinalçılar arasında intellektual yarış keçirdir. Qeyd edək ki, bu ilin payız mövsümündə baş tutan “Azərbaycanın Yüksəlişi” intellektual kvizi Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə, bahar mövsümündə keçirilən kviz "Yaşıl dünya naminə həmrəylik ili"nə, ötən il baş tutan yarış isə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmişdi.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti