...

Nizami və Binəqədi rayonlarında dələduzluq edən şəxslər tutulub

Cəmiyyət Materials 29 Yanvar 2025 17:26 (UTC +04:00)
Nizami və Binəqədi rayonlarında dələduzluq edən şəxslər tutulub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Nizami rayonu ərazisində bir nəfərin avtomobil kirayəsi adı ilə aldadılaraq 620 manatının mənimsənilməsi barədə polisə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 35 yaşlı E.Cavadov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa Binəqədi rayonu ərazisində bir nəfərə məxsus bank kartından 380 manat oğurlamaqda şübhəli bilinən 24 yaşlı L.Babayevanın saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti