...

Azərbaycanın bir sıra şəhər və rayonlarında İİV infeksiyasının profilaktikası xidmətləri göstəriləcək

Cəmiyyət Materials 11 Fevral 2025 16:20 (UTC +04:00)
Azərbaycanın bir sıra şəhər və rayonlarında İİV infeksiyasının profilaktikası xidmətləri göstəriləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın bir sıra şəhər və rayonlarında İİV infeksiyasının profilaktikası üzrə xidmətlər təşkil ediləcək.

Trend-in əldə etdiyi məlumata görə, respublikanın 24 şəhər və rayonlarını əhatə edən xidmətlər Qlobal Fondun qrant vəsaiti hesabına həyata keçiriləcək.

Belə ki, Bakı, Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şabran, Quba, Xaçmaz, Şamaxı, Göyçay, Şirvan, Hacıqabul, Kürdəmir, Gəncə, Mingəçevir, Yevlax, Bərdə,Tərtər, Goranboy, Ağcabədi, Ağdaş, Şəmkir, Samux, Göygöl şəhərlərində (rayonlarında) İNİ-lər arasında İİV infeksiyasının profilaktikası xidmətləri icra olunacaq.

Artıq bununla bağlı Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində müvafiq işlərə start verilib.

Qurum sözügedən xidmətlərin icrasına ümumilikdə 567 min manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti