...

Çətin həyat şəraitində olan şəxslərin vəzifələri artırılır

Cəmiyyət Materials 22 Aprel 2025 12:59 (UTC +04:00)
Çətin həyat şəraitində olan şəxslərin vəzifələri artırılır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Çətin həyat şəraitində olan şəxsin (ailənin) vəzifələri artırılır.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, sosial işçilərin və sosial xidmətçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq çətin həyat şəraitində olan şəxsin (ailənin) vəzifəsi hesab ediləcək.

Qeyd edək ki, qüvvədə olan qanunvericilikdə sosial işçinin vəzifələrində çətin həyat şəraitində olan şəxslərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq tələbi qeyd olunsa da, eyni tələb sosial xidmətə götürülən şəxslərin vəzifələrində nəzərdə tutulmayıb. Dəyişiklik qarşılıqlı məsuliyyəti müəyyən etmək xarakteri daşıyır.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti