...

Gədəbəy sakini qonşusunun hamamında dəm qazından boğuldu

Cəmiyyət Materials 5 May 2025 09:09 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Gədəbəy sakini qonşusunun evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Trend-in əldə etdiyi məlumata görə, hadisə mayın 4-ü saat 18:00 radələrində Gədəbəy rayonu, İsalı kəndi ərazisində yerləşən evdə baş verib.

Belə ki, Qurbanov Rövşən Yusif oğluna məxsus fərdi yaşayış evinin hamam otağında qonşusu Paşayev Anar Qaçay oğlu orada çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti