Bakı. Trend:
Bu gün beşinci “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ilk imtahanı başlanıb. Analitik təhlil imtahanı 4 sessiya olmaqla, 2 gün keçiriləcək.
Trend xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, imtahanlar Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda, eləcə də Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 153, 158, 161, 229 və 238 nömrəli tam orta məktəblərində, bununla yanaşı Sumqayıt şəhərində yerləşən 1 nömrəli tam orta məktəbində təşkil olunub.
"Naxçıvan şəhərində isə imtahan 18 may tarixində baş tutacaq.
Namizədlər əvvəlcədən seçdikləri 10:00 və 15:30 saatlarında
imtahanda iştirak edə biləcəklər. Bunlardan əlavə, xaricdə yaşayan
namizədlər üçün də distant formatda, proktorinq üsulu ilə 4
sessiyadan ibarət imtahanlar təşkil edilib. Əyani mərhələnin
birinci turu olan Analitik təhlil imtahanında 7256 namizəd iştirak
hüququ qazanıb.
İmtahan Verbal, Rəqəmsal və Abstrakt təhlil olmaqla, 3 blok üzrə
aparılır",- deyə o əlavə edib.