...

Azərbaycan XİN Banqladeşə başsağlığı verib

Cəmiyyət Materials 21 İyul 2025 17:20 (UTC +04:00)
Azərbaycan XİN Banqladeşə başsağlığı verib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi Banqladeşə başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkəhesabında paylaşım edilib.

“Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin Dəkkədə faciəvi qəzaya uğraması bizi dərindən kədərləndirdi. Qurbanların ailələri və yaxınlarına, Banqladeş hökuməti və xalqına dərin hüznlə başsağlığı veririk”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, bu gün Banqladeşin paytaxtı Dəkkə şəhərində “Milestone” kollecinin ərazisində təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilot da daxil olmaqla 19 nəfər ölüb, 164 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti