Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, lakin oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə
bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb
küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-15, gündüz 19-22 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa
enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % təşkil
edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi
yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9, gündüz 19-24 dərəcə isti, dağlarda
gecə 0-4 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti olacaq.
 
                                    