Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı
ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi
ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 11-15, gündüz 17-20 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa
yüksələcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin
gündüz bəzi şərq rayonlarında arabir yağış yağacağı, şimşək
çaxacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim
şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 17-22 dərəcə isti, dağlarda
gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti
olacaq.