Bakı. Trend:
Bu gün şahidi olduğumuz hadisə Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı milli adət-ənənələrinə uyğun olaraq, hətta milli kimliyindən qaynaqlanan bir hadisə kimi dəyərləndirilməlidir.
Trend xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılışında deyib.
Onun sözlərinə görə, Azərbaycan əsrlər boyu müxtəlif xalqların, müxtəlif dini icma nümayəndələrinin birgə yaşadığı nadir ölkələrdən biridir:
"Bu mərkəzin açılışı bir daha onu göstərir ki, Azərbaycan əsrlər boyu formalaşdırdığı adət-ənənələri bu gün Prezident İlham Əliyevin qürurverici siyasəti nəticəsində qorunur, yaşadılır və gələcək nəsillərə ötürülür".