...

Yanvar-oktyabr aylarında 403 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib

Cəmiyyət Materials 14 Noyabr 2025 11:12 (UTC +04:00)
Yanvar-oktyabr aylarında 403 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 513 min nəfərə sosial müavinət, 403 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 964 mln. manat, Prezident təqaüdləri üzrə 617 mln. manat ödənilib.

Cari ilin 10 ayında 133 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 854 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti