Bakı. Trend:
Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halların siyahısı genişləndirilir.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab ediləcək:\
- dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;
- “Fərdi məlumatlar haqqında” Qanuna əsasən konfidensial hesab
edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması.
