Bakı. Trend:
Xocalı türbəsinə bitişik məqbərə yeri aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə məlumat Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci ilin yekunu ilə bağlı hesabatında qeyd olunub.
Hesabata görə, Şamil Nəcəfov Xocalı tarixi-arxeoloji kompleksi ərazisində tədqiqatlar aparıb:
“Bu il aparılan tədqiqatlar nəticəsində nekropol ərazisində yerüstü əlamətləri görünməyən, 70 sm dərinlikdə Xocalı türbəsinə bitişik məqbərə yeri aşkar edilib. Eyni zamanda, nekropolda tunc dövrünə aid daha bir kurqan aşkar edilib. Xocalı-Gədəbəy mədəniyyətinə aid fərqli struktura malik qəbir abidələri və təkrar dəfnlərin icra olunduğu bütöv nekropol da aşkarlanıb".
Qeyd olunub ki, Nəcəf Müseyiblinin rəhbərlik etdiyi “Şəmkir” arxeoloji ekspedisiyası 2025-ci ilin Baydar kurqanlarında tədqiqatlar aparılıb. Aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanan bu tip dəfnlər Gəncə-Qazax bölgəsində Xocalı-Gədəbəy mədəniyyətinə aid nekropolların bəzilərində müşayiət olunsa da, Baydar nekropolunda ilk dəfə olaraq belə dəfn adətinin icra edildiyi bütöv məzarlıq aşkar edilib.
