...

Azərbaycanda dövlət və din münasibətlərinin əsası konstitusion səviyyədə təsbit edilib - Ombudsman

Cəmiyyət Materials 24 Dekabr 2025 10:59 (UTC +04:00)
Azərbaycanda dövlət və din münasibətlərinin əsası konstitusion səviyyədə təsbit edilib - Ombudsman
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İnsan hüquq və azadlıqlarının ali təminatçısı olan və bu il qəbul olunmasının 30-cu ildönümünü qeyd etdiyimiz Konstitusiya insan hüquq və azadlıqlarını əsas dəyər kimi təsbit edib, ölkəmizin müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi üçün hüquqi baza rolunu oynayıb.

Trend xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı deyib.

Ombudsmanın sözlərinə görə, dünyəvi dövlət olan Azərbaycanda dövlət və din münasibətlərinin əsası konstitusion səviyyədə təsbit edilib, bütün dini etiqadların qanun qarşısında bərabər olması, hər kəsin vicdan azadlığına malik olması, heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməməsi və buna görə təqsirləndirilə bilməməsi kimi normalar Konstitusiyada öz əksini tapıb.

“Konstitusiyamızın bərabərlik hüququnu təsbit edən 25-ci maddəsində də dini mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verildiyi qeyd olunub.

Bununla yanaşı milli qanunvericilikdə insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin, dini cərəyanların yayılması və təbliği qadağan olunub”.

Səbinə Əliyeva qeyd edib ki, dini mənsubiyyətlə bağlı qeyd edilənlər Azərbaycanda yalnız qanunvericilik səviyyəsində deyil, real həyatda da müsbət formada tətbiqi müşahidə edilən məsələlərdir.

“Ölkəmizdə fəaliyyət göstərən məscid, kilsə və sinaqoqlara dövlət tərəfindən davamlı olaraq dəstək göstərilməsi, multikulturalizmin mənəvi irsimizi zənginləşdirən bir amil kimi təbliğ edilməsi də özü-özlüyündə bu sahəyə töhfə verməkdədir”, - deyə o fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti