Bakı. Trend:
Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət edəcək.
Trend xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin növbəti plenar iclasının gündəliyinə daxil edilib.
Belə ki, “Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti” plenar iclasın gündəliyində yer alıb.
