...

Sabah rayonlara qar yağacaq

Cəmiyyət Materials 29 Dekabr 2025 12:17 (UTC +04:00)
Sabah rayonlara qar yağacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Dekabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olacaq

Havanın temperaturu gecə 0-3° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütununda 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti