Bakı. Trend:
Bu gündən rüsumsuz ticarət mağazalarına satılan mallar ƏDV və aksizə sıfır dərəcə ilə cəlb ediləcək.
Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Qanuna əsasən, aksizli malların ixracı və Azərbaycan Respublikasının ərazisində istehsal edilən, rüsumsuz ticarət mağazalarında satılması ilə bağlı xüsusi nişanı olan aksizli malların rüsumsuz ticarət mağazalarına təqdim edilməsi sıfır dərəcəsi ilə vergiyə cəlb olunacaq.
Daha əvvəl aksizli malların ixracı sıfır dərəcəsi ilə vergiyə cəlb olunurdu.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.
