...

İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə vergi güzəşti tətbiq ediləcək

Cəmiyyət Materials 1 Yanvar 2026 11:24 (UTC +04:00)
İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə vergi güzəşti tətbiq ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu gündən ictimai iaşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün vergi güzəşti tətbiq ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Qanuna əsasən, ictimai iaşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən bu Məcəllənin 174.5-ci maddəsinə əsasən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər gəlir (mənfəət) vergisindən azad edilib.

174.5-ci maddədə bildirilib ki, tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti