...

Naxçıvanda elm, təhsil, səhiyyə və sosial-iqtisadi sahədə bir sıra şəxslər təltif edilib

Cəmiyyət Materials 30 Dekabr 2025 17:45 (UTC +04:00)
Naxçıvanda elm, təhsil, səhiyyə və sosial-iqtisadi sahədə bir sıra şəxslər təltif edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında bir sıra şəxslər təltif ediliblər.

Trend-in məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının elm, təhsil, səhiyyə və sosial-iqtisadi həyatında uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

“Əməkdar müəllim” fəxri adı ilə

Abbasova Kövsər Məmməd qızı
Allahverdiyev Qərib Vəli oğlu
Əliyev İsmayıl İsrafil oğlu

“Əməkdar həkim” fəxri adı ilə

Tutayuk Xaspolad Murad oğlu

“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə

Bayramov Nazim Yusif oğlu
Əliyev Elşad Məmmədqulu oğlu
İsmayılov Hüseyn Abbas oğlu
Novruzov Sabir Abbasqulu oğlu

“Rəşadətli əməyə görə” nişanı ilə

Quliyev Nizami Zülfəli oğlu
Zeynalova Arifə Əziz qızı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti