...

Gəmiqayırma mallarının idxalı daha 3 il ƏDV-dən azad edilib

Cəmiyyət Materials 1 Yanvar 2026 10:03 (UTC +04:00)
Gəmiqayırma mallarının idxalı daha 3 il ƏDV-dən azad edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı 2026-cı il mayın 1-dən 3 il müddətinə ƏDV-dən azad edil.

Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Məlumat üçün bildirək ki, sözügedən güzəştlər 2016-cı il mayın 1-dən tətbiq edilirdi və müddəti 2026-cı il mayın 1-də başa çatacaqdı.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti